Öylə sərkeşlik edir sərvi-qədi-rənasıKi, yetişməz bəni-üftadəyə istiğnası.Əl uzatmaq üçün sağərə yetməz mey ola,Saqinin guşeyi-çeşmilə bizə iması.Bir kərəz xatiri-pürçininə yol tapmiyəli,Səri-kuyindəki matəmzədələr qovğası.Meyli kəcrulərəvü lütfi dürülər caridir,Xubluq rövzəsinin sərvi-güli-rənası.Bəsi bənzər qədinə sərvi-səhinin, ya Rəb,Bicəhət durmağ ilə bunca nədir dəvası?Üstüxani-tənimi eşq hüması götürür,Yerdə qalmaz kişinin yaxşı isə kalası.Olmasaydı itigi həlqə bequş olmaz idi,Sadiqi, mehrü vəfa təkyəsinin babası.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq