O kim, nüsrət verür nüğli-kəlamullah ehkamı,O kim əvan olur şər'i-nəbiullah göftarı.Zehi şahi-cahanarayi-adil, mürşidi-kamil,Münasibdür süluki-qürbi-həqqə cəm'i-ətvarı.Olur ə'davü istedaddin etmək rüb'i-məskunum,Sayılsa qətreyi-baranivü övraqi-əşcarı.Cəhanarayi-təxti günbədi-əflak bünyadı,Nişatəfzayi-təxti bünyeyi-islam memarı.Şəha, sən xabgahi-kamə salgil məsnədi-işrətKim, etdi çərx dərgahində hadis bəxt bidarı.Yetişdi ol yerə ədlin ki, rəsmi-istiqamətdə,Özinə tabe eylər istəsə çərxi-sitəmkarı.Cəhanda küfr zülmün sən yox etdün, varmış derlər,Sənin dövründə möhkəm küfri-islamın yox dəvvarı.Üqabi-tizpərdin özgəsidə eyləməz rəğbət,Himayət eyləsə səyyad əmrin kəbki-kühsarı.Səhih irmasdur Əflatun hədisi bu bir ayindir,Sənin şanında etmiş dəxi nazil elmi-ədvarı.Hicabliqdin pərdeyi-xiclətdə qalmışdı,Çıxardı pərdə şəxsi-halın bikri-əşarı.Elə xar elədi təb'i-kərəmin simü zər cinsinKi, mərdudi-təbaye etdi dirhəm birlə dinarı.Degilsə sən bilən şər'i-nəbi ehkaminə qabil,Olur zöhd əhlinin boynundakı təsbihi-zünnarı.Əzəldən gər işarət olsaydı təb'i-fəyyazın,Çəkərdi bir söz ilə sərhəd ara əmri-küffarı.Şəha, şəfqət şüara sahiba dərdi-dili çoxdur,Nə izhar eyləyim, yaxşı degil dərdi-dil izharı.Fələk kim, rəsmi-fitridür, ona tigi-cəfa birlə.Müdam azürdəxatir etmək üşşaqi-diləfkarı.Məni sərgəştəlikdən hərgiz idbar sanmışdı,Xəti-rahət çadırdı çevrəmə iqbal pərgarı.Sana gəldüm dili-bitaqət bir arzu birləKi, varsan binəvalər sərvəri, əhli-hünərbarı.Qərəz, tuli-məkan, qibleyi-məqsudum sənsən,Degildür haşallah, Sadiqi dünya pərəstarı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale