Füzuliyi-nalanın əş'arını təsdis

1

Heyrətəfzadır, həqiqət, kainati-pürşüun,
Olmada danişvəran hər əsrdə zillətnümun.
Sərfəraz əshabi-cəhl, ərbabi-ürfan sərnigun,
Anlaşılmaz oldu qanunun, əya gərduni-dun!
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.

2

Söyləyirsən söz olur, gər söyləməzsən dildə qəm,
Musiqidən anlamazlar guşunu oxşar nəğəm,
Ya nədən boş qalmış olsun dəsti-ərbabi-kərəm?
Bəxtsiz bir şairin cansuz şe’rin söylərəm:
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.

3

Ağlayırkən xameyi-arif ki, gülsün milləti,
Söyləyir hər dəmdə ta ki dillər açsın hey’əti,
Arif olmuşkən pərişan, gəlmədə cəm’iyyəti,
Səndən öyrənmiş, əya gərdun, bu laqeydiyyəti,
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd dər yox, düşmən qəvi, tale zəbun”.

4

Nur saçmaq, yollar açmaq, arifə bir qayədir,
Arif iştə bir pədərdir, qövmü üzrə sayədir,
Ya nədəndir ki, oğullar şad, ata bivayədir?
Baxma, yüksək olsa da, gərdun özü pəspayədir,
“Dəhr bipərva, fələk birəhm, dövran bisükun,
Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun”.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Fələk və tale