Bir ləhzə açıb dideyi-insafü mürüvvət,Qıl aləmi səncideyi-mizani-həqiqət.

Vasil olayım dərsən əgər fövzü nicatə,Ətfi-nəzər et saheyi-qövğayi-həyatə.

Dünya denilən iştə bu meydani-rəqabət,Oldu ümami-sairəyə bağı-səadət.

Məğribdə bu gün şəmsi-hünər olmada şariq,Məsturi-səhaib hələ afaqi-Məşariq.

Bir xətvə belə atmayınız rahi-fəlahə,Xəffaş kimi düşməniz, eyvah, səbahə.

Qat-qat bürüyüb fikrimizi sətreyi-övham,Bir fərd belə yox edə əndişeyi-əncam.

Kəşf eylədi ərbabi-hünər "qüvveyi-bərqi",Bizlər edəriz vadiyi-zülmətdə tərəqqi.

İcad elədi əqli-bəşər "xaneyi-səyyar",Böylə oluyor zadeyi-nazəndeyi-əfkar.

İbda elədi dəsti-düha "hafizi-əsvat",Bizlər hələ xabideyi-ağuşi-xürafat.

İnşa elədi əhli-xirəd "dumavisi",Bizlər oxuruz qisseyi-Leyla ilə Qeysi.

Əqvama bəhaim kimi ram oldu təbiət,Bizlərsə bəhaim kimi məhkumi-əsarət.

Mə'dənləri, məxzənləri, əbharı, cibalıNöv'i-bəşərin kəşf elədi fikrü xəyalı.

Miftahi-maarifə açıldı dəri-imkan,Bizlər dururuz əskicə halətdə kəma-kan.

Meydanə qoyuldu neçə əsrarı cahanın,Hala da açılmaqda dəri gənci-nihanın.

Bunlar həpsi meyveyi-əfkari-dühadır,Zülmətkadeyi-dəhrə düha əhli zəkadır.

Əfkari-düha, xeyməgəhi-huriyi-hikmət,Bunlardır olan rəhbəri-şəhri-mədəniyyət.

Dünya cəsəd, ərbabi-dühaət ona candır,Azadədilan şö'leyi-mişkati-cahandır.

Təslim olunub bunlara ra'yati-fütuhat,Bunlardır olan fatehi-iqlimi-künuzat.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri