Nədir bu lövheyi-şəfqət ki, rəhguzardədir?Nədir o xətti-mihən səfheyi-üzardədir?

Nədir o mənzəreyi-qəm, süruru ağladıyor?İki sevimli şükufə düşüb qübardədir?

İki çocuq – iki güldür, türabə düşmüş, ah!Zavallı başları, seyr eylə kim, kənardədir.

Sükutə dalmış o qızlar türabi-zillətdə,Keçənlərə baxıyor, mədər ixtirardədir.

Pədərləri nərədə? Başqa bir diyardəmi,Şərabi-mövtü içib yoxsa ki, məzardədir?

Nədir şu yə's, təbəssümnümayi-simadır,Nədir şu qəmli baxış, çeşmi-hüzndardədir?

Üzündəki aləmi tərcümani-möhnətidir,Nədir o leyli-siyəh çöhreyi-nəhardədir?

Könül sərairinin əksgahidir rüxsar,Çıxar üzə qəmi kim, qəlbi-qüssədardədir.

Mənim də ruyum, əvət, tərcümani-qəlbimdir,Gəl anla ol qəmi Hadiyyi-dilfikardədir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri