Səhneyi-mübarizeyi-həyatda şanlı insanlar
Girdbadi-həyat önündə bəşər,
Müttəsil, mütəssil digirləniyor,
Düşüyor, qalxıyor, sürükləniyor...
Fitrətin qüvvətilə pəncələşər.
Atılıbdır, zavallı tək duruyor
Duşi-ömründə bari-qəhri-həyat,
Var məişət yolunda min əqəbat,
Qoşuyor, atlayor, yuvarlanıyor.
Çıxıyor rahi-əzminə dağlar,
Gah coşqun, məxof bir dərya.
Qə'ri müzlim, kənarı-napeyda,
Sərbədüşi-xəyal olur, ağlar.
Qoşuyordu bu bir həqiqət üçün,
Yə'ni bir arizuyi dərdəstə –
Uçuyordu peyində peyvəstə.
Şu məvane' kəsir yolun nə üçün?
Yari-amal üçün gedirdi, vəli
Kəsiyor yə'slər bunun yolunu,
Qırıyorlar ümidinin qolunu.
Tərk qılsınmı şanlı bir əməli?
Ağlayır, ağlayır, cihata baxar –
Görmək üçün məşaili-irşad,
Guşi mövquf seyheyi-imdad.
Ah! Yer-göy bütün sükunətzar.
Zəhrəçak etməsinmi insani
Bu sükuti-əmiqeyi-fitrət?
Məşrəbi-laübaliyi-xilqət
Böyledir, yox lisani-ə'lani.
Qət'i-ümmid edəndə hər yerdən –
Başqa imdadə e'timad edəməz,
Fikri-mövhumə istinad edəməz,
İstər irşadi əqli-ənvərdən.
İştə əzmində qəhrəman insan –
Anlar övhamdan səmər yoxdur,
Əqldən başqa rəhbər yoxdur,
Rahi-amalına olur puyan.
Daha çıxsın dilərsə min əqəbat, –
Aldırırmı? Uçar xəyal kimi.
Önündə əməl,
Yə'si dalda qoyar zilal kimi,
Böylə millət olur səzayi-həyat.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-sehneyi-mubarizeyi-heyatda-sanli-insanlar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hadi – nədir o?Mürəttib – Gəncədən bir kimsə göndəribdi sizə.
Hübbi-vətənXoşca tənzir etməyə övladi-millət halını,Lövheyi-vicdanə təhrir et vətən amalını.
QələməƏla, ey bülbüli-ürfan, vətən bağında fəryad et,Qon övraqi-fünunə, nəğmeyi-milliyyə inşad et.
QələmQələm, ey baisi-imrani-aləm,Kərametbəxşi-növ'i-ibni-Adəm!
Başqa şairlərin şeirləri
Aləmin məmurəsin hər gündə bir sultan tutur,Nikbəxt ol kəs ki, ol məmurəni viran tutur
“Arı” və “Alı”Mən deyirəm: Arıdı,Xanım deyir: Alıdı.
HandadıEy ağalar, həsrətini çəkərəm,Bu mələk mənzərim bilmən handadı.
Mürəbbe: Hər kimin dünyada yarı mərd olaHər kimin dünyada yarı mərd ola,Aşiqindən qılmaz qət'i-məhəbbət,