Qələm
Qələm, ey baisi-imrani-aləm,Kərametbəxşi-növ'i-ibni-Adəm!Səninlə kəsb edib adəm şərafət,Görüldü layiqi-təxti-xilafət.Qələm! Ey rəhbəri-elmü sənaye –Ki, sənsən kaşifi-sirri-təbaye.Səninlə fəxr edər əhli-həqaiq,Vücudunla olur həlli-dəqaiq.Qələm, ey bülbüli-bağı-məani,Əzəl əsrarının sən tərcümani.Riyazi-kainatın əndəlibi,Bedayegahi-sün'in sən ədibi.Cahan darülfünundur, sən müəllim,Bəni-növ'i-bəşər ətfali-tə'lim.Bizi tə'limü tə'dib eylə, ustad!Həyatə eyləyər ustad irşad.Deyil vəqti-sükunət, nəğməsaz ol,Təninəndazi-guşi-əhli-raz ol.Sükutu tərk edib, eylə tərənə,Ola nəğmən maarifpərvərənə.Dayanma, çal o canbəxşayi-suru,Həyatə də'vət et əhli-qüburu,Gələndə surin əlhan ilə zarə,Gəlir bir tazə can əhli-məzarə.Fəraşi-qəflət içrə biz səqimiz,Məzari-cəhldə əzmi-rəmimiz.Çal İsrafilvəş suri-zühuru,Nüşurə sövq et əshabi-qübüru.Gərəkdir "huri-məqsurat"i-əfkar –Xiyami-dildən etsin ərzi-didar.Olub xurşidi-hürriyyət nümayan,Yetər artıq nə qalsın hur pünhan?Çağır islamı şəhrahi-vifaqə,İnani-milləti çək ittifaqə!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-qelem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Əsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl,Fəzayi-feyzi gör, kami-dilincə xoş tamaşa qıl.
Bir iranlının lisanındanBu yük altındakı bir insandır,Milləti-dağidari-İrandır.
Nizaminin övladına nəsihətiEy on dörd yaşa ermiş nuri-çeşman!Oğul! Kəsb eylə elmi-dinü əbdan.
Zahirpərəst alimlərəSərf qıldıq ömrü əndər qilü qal,Olmadı hasil bizə ondan kamal.
Başqa şairlərin şeirləri
Ey Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
Üzündən aralı işim yox bağlaƏylənə bilmərəm çiçəkli dağla.
Gəl çəkmə cahan qeydini sən, can belə qalmazGəl çəkmə cahan qeydini sən, can belə qalmaz,Qan ağlama çox, dideyi-giryan belə qalmaz,
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,