Təraneyi-tövhid
Əsarət bəndin aç, əhrarvəş bir qəsdi-bala qıl,Fəzayi-feyzi gör, kami-dilincə xoş tamaşa qıl.Dilərsən Yusifasa məhbəsi-qəmdən xilas olmaq,Maarifpərvər ol, elm ilə kəşfi-sirri-rö'ya qıl.İtirmə rahi, məğbun olma meydani-ticarətdən,Çirağı-elmi tənvir eyləyib əfkari-sevda qıl.Nə dəm pak olsa canın lövhi-meyliyyati-nəfsidən,Rəhi-vəhdətdə hikmətdən nişanü rəsmi-beyza qıl.Nə dəm kim, çeşmi-əqlin nuri-vəhdətlə ziyalandı,Nüquşi-məsavadən qəlbü vicdanın müsəffa qıl.Şəhadət kəlməsində hərfi “la”dan mə'na odur kim,Dedikdə “laillah” ondan bə “illallah” məbdə qıl.Süleymanvar edib məhkum divi-nəfsini, ondan –Otur təxti-siyasətdə nüfuzu hökmün icra qıl.Əzəl səhraya sür Musa kimi sən də qoyunların,Əsayi-qüdrət ilə sonra əzmi-Turi-Sina qıl.Gər istərsən Məsihavəş kəlamın guşə alsınlar,Həqiqi ruhi-qüds ol, sonra dəvayi-Məsiha qıl.Nə dəm kim, pərdədə varsan, görünməz çöhreyi-idrak,Əzəl bir pərdəbirun ol, nigahi-əqli-rə'na qıl.Dilərsən misli-İsa baqi olsun namın aləmdə,Məzari-cəhldə yatmışları feyzinlə əhya qıl.Həmişə cavidan olmaq xəyalı varsa könlündə,Küdurati-havadan qəlbi mir'atın mücəlla qıl.Çalış kəsb eylə sərvət əzmü qəsdi-əsli-mə'va qıl.Həvayi-nəfsi mə'bud ittixaz etmişsən, ey bədbəxt!Uzaq ol nəfsi-şeytandan, ümidi-vəsli-hura qıl.Huquqi-xəlqi ver, sonra hüququn istə millətdən,Sikəndər-şövkət ol, son qəsdi-darülmülki-Dara qıl.Dilərsən Zöhrə tək zibi-sipehri-e'tila olmaq,Ziyayi-mə'rifətlə cismü canın sən də nura qıl.Əgər qurtarmaq istərsən bəhaim dəmgahından,Bəhimi-xəlqi tərk et, sonra əzmi-çərxi-ə'la qıl.
Gər istərsən ki, ruhun bəzmi-vəhdət içrə şah olsun,Sərayi-dini-islamı ədavətdən mübərra qıl.Xilafi sözlər ilə cismü canın xəstələnmişdir,Burax bu ixtilafı, cana elm ilə müdava qıl.Əgər canından agəhsən, bu cismü canı pamal et –Və gər “arif bənəfs” oldun, hədisi-nəfsi ziba qıl.Əgər görməklik istərsən cəmali-paki-məhbubi,Bu cismani gözü kor eylə, çeşmi-əqli bina qıl.Həvayi-dilbər istərsən, şərabi-eşqini nuş et,Vüsali-yari istərsən, təvafi-xani-bətha qıl.Görərsən onda Qur'anı açıb rüxsareyi-pakın,Üzün göstərdimi Qur'an, lisani-zikri guya qıl.Açanda dideyi-batin görərsən gizlini zahir,Lisani-zikri açsan, kəşfi-əsrari-xəfaya qıl.Dili pür eylə Məcnun tək fəraqi-xari-Leyladən,Dili Vamiq kimi ayineyi-didari-Əzra qıl.Həqiqi aşiq isən, bəzmi-əğyar içrə laf urma,Fəraqi-Yusifə tabavər ol, fikri-Züleyxa qıl.Qocaldın isə möhnətdən, nigarın şövqünü yad et,O şövqi-yar ilə ruhun Züleyxa misli bürna qıl.Olanda pakü saf alayişi-nəfsi-təbindənBu şe'ri-hikmətamizi xirədlə şərhi-mə'na qıl.Görəndə böylə şe'ri, Hadiya, təb'i-Sənaidən –Bilib mə'nasını canın maarif ilə dana qıl.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-teraneyi-tovhid
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
İnləyir bari-qəm altında vətən, imdad yox,Kisveyi-matəm bürünmüş cümlə, bir dilşad yox.
Maarifə dairŞükufəzari-ədəb nəfhəbəxşi-vicdandır,Ədəb çiçəklərinə gülstan--dəbistandır.
Molla NəsrəddinəZənn etmə bizi qabili-ülviyyət, a Molla,Hala deyiliz layiqi-hürriyyət, a Molla,
Mən bir kitabəmMən bir kitab, hər vərəqim min kitabdır,Ayati-məhkəmati bütün inqilabdır.