Molla Nəsrəddinə
Zənn etmə bizi qabili-ülviyyət, a Molla,Hala deyiliz layiqi-hürriyyət, a Molla,Xasiyyət olub millətə əbdiyyət, a Molla,Bizlərdə geri getməyə var niyyət, a Molla,Məhkumluq olubdur bizə mahiyyət, a Molla.Hürriyyətə var bizdə böyük nifrət, a Molla.
Zənn eyləmə, dostum, bizi ərbabi-həyatız,Zülmətkədeyi-cəhldə əshabi-məmatız,Şətrənclir aləm, belə san, biz şəhi-matız,Gümgəştələriz, vadiyi-zillətdə üsatız.Biz istəməriz feyzü kəmalat, a Molla!Kafi bizə övham, xürafat, a Molla!
Biz şəbpərəyiz istəməriz nuri-hidayət,Çirkin gəliyor bizlərə huri-mədəniyyət.Sanma yaxışır millətə dibayi-həqiqət,Əbdanımıza biçmədi xəyyati-təbiət.Haq sözlərini dərci-sütun etmə, a Molla.Aqil bulun, izhari-cünun etmə, a Molla.
Alati-tərəb, dinlə, nə təqrir ediyorlar:Gizlin içiniz badəyi, təkfir ediyorlar.Bər vermədi ta indiyədək şaxeyi-övham,
Batil bu xəyalat da ki, iksir ediyorlar.Bədbəxtiyi-millətdən ol agah, a Molla,Əski sudur, əski dibək, ey vah, a Molla.
Aləm ola gər xitvəbərəndazi-səadət,Əbnayi-zaman qılsa bütün kəsbi-şərafət,Bizlərdə sönüb ataşi-hissi-bəşəriyyət,Gündən-günə millət eləyir maziyə ric’ət.Madam ki, zağan bizə rəhbərdir, a Molla,Ümmidimizin şaxəsi bibərdir, a Molla.
Şayəd gələcək olsa yədi-qüdrətimizdən,Hürriyyəti imha edəriz fikri-bəşərdən,Tabəndədir afaqə ziya sübhi-hünərdən,Bilməm niyə nifrət edəriz nuri-səhərdən?Biz düşməni-xurşidi-ziyadariz, a Molla,Xabideyi-ağuşi-şəbi-tariz, a Molla.
Nisvan nədir, həqqi-müsavat nədir ya?Aya görüyorsunmu yatıb aləmi-rö’ya?Pürnəş’əmisən, ay kişi, divanəmisən ya?Get əqlinə yazdır duadan, zaddan, a Molla.Biçarə, yazıq, layiqi-şəfqətsən, a Molla,Vallahi səzavari-nəsihətsən, a Molla.
Nisviyyəti insanlığa şayanmı sanırsan?Nisvanı da insan deyə insanmı sanırsan?Heyvanı da insan ilə yeksanmı sanırsan?Xatunlara azadəliyi şanmı sanırsan?Nisvan sözün at guşeyi-nisyanə, a Molla,Bu işləri ver bir para nadanə, a Molla.
Qul olmaq olubdur bizə pirayəvü ziynət,Biz istəmiriz ədlü müsavatü üxüvvət,Millətlə bərabər doğub əfkari-əsarət,Əhrarlığa eyləmədik kəsbi-ləyaqət,Hürriyyəti sil lövheyi-fikrətdən, a Molla!Bunlara danış vadiyi-zülmətdən, a Molla!
Kitabxana.az · https://kitabxana.az/works/hadi-molla-nesreddine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Nədir bu lövheyi-şəfqət ki, rəhguzardədir?Nədir o xətti-mihən səfheyi-üzardədir?
Rüfəqadan birinin məktubuna yazılan məhəbbətnamədirEy namə, sən ol kuyi-vəfadənmi gəlirsən?Ey peyki-bəşarət, o səmadənmi gəlirsən?
Ləyali-vüsal, yaxud keçən gecəBu şəb o dilbər ilə bağzari-ülfətdə –Gözəl-gözəl qonuşurduq, nə dadlı söhbət idi!
Lövheyi-təsviri maarifVətən övladı! Ha qeyrət qılın təhsili-ürfani,Qalan mə'naydır ancaq, bu nəqş, əlbət, olur fani.