Kimdən kimə şikayət edəlim
İnləyir bari-qəm altında vətən, imdad yox,Kisveyi-matəm bürünmüş cümlə, bir dilşad yox.
Olmuş övladi-vətən puyəndeyi-rahi-zəlal,Bunları irşad üçün bir şö'leyi-irşad yox.
Bir taqım biçarələr mə'ruzi-tiri-intiqad,"Müntəqidlər" nolduğun tənqidə bir nəqqad yox!..
Milləti-məğdurəyə hər işdə min irad var,Əhli-iradə neçün, bilməm ki, bir irad yox?!
İrqi-millətdə təfəssüd eyləmiş xun, ey "həkim!"Etməyə ixraci-dəm cərrah yox, fəssad yox!
Xəstənin nəbzin tutub dərdaşına olmaq gərək,Yoxsa fəryadın həbadır, meyveyi-fəryad yox.
Gərçi millətdə mühəqqəqdir vücudi illətin,Səndə təşxisi-mərəz etməkdə iste'dad yox.
Fəxri-ustadanə ilə, ey olan sərşari-kibr,Cəhl ustadsın, ürfan üçün ustad yox!
Milləti-məzlumədə var qabiliyyət cövhəri,Heyf, onu parlandıran bizlərdə iste'dad yox.
Gördüyün əhli-qələm xüddami-istibdaddır,Həqqə təslim olmağa millətdə istib'ad yox.
Danələr nəşvü nüma bulmuş bu sünbülzardə,Neyləyək, bu zər'gahi biçməyə həssad yox.
Tərki-əğraz etməyi hər şəxs eylər tövsiyə,Tərki-əğraz eyləyən, ey vah, bir əfrad yox.
Kitabxana.az · https://kitabxana.az/works/hadi-kimden-kime-sikayet-edelim
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
A.Səhhət qardaşıma ithaf*1
Açıq və aydın düşüncələr“Parlaq yaz!” deyənlərə*Deyirsiniz mənə: “əş’arı gəl açıq söylə,
Tamaşayi-riqqətəngizDün bir kişi, varlı bir adəm, qürurkar;Vəchində kibrlər oluyordu şəramisar...
Livayi-zəfərin tamaşasıÇıxanda göylərə şəhbali-e’tilayi-zəfər,Qanadlanır daha balalara səmayi-zəfər.
Başqa şairlərin şeirləri · Vətən
O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Haşımbəy mərhum üçünHaşımbəy Vəzirov cənablarının ruhuna ithaf*Ey yorulmaq bilməyən ustadımız!
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.
SəninAlçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.