Çıxanda göylərə şəhbali-e’tilayi-zəfər,Qanadlanır daha balalara səmayi-zəfər.Sürurdən gözüm ağlar, dil açsa nayi-zəfər,Siyasət aləminin ruhudur: qüvayi-zəfər.Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər,Ziyafüruzi-nigahsən sən, ey livayi-zəfər!

Xərabələr yaradırsan, sonunda imran var,Vücudlər qanadırsan, yanında dərman var.Dumanların dalı qatda şümusi-rəxşan var,O tövr zişərəfində səmavi bir şan var.Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər,Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər!

Sən öndə sərbəsəma, fahehanə ənvarın,Vüquri-qamətin ilə qüruri-rüxsarın –Oxur mənaqibi-tarixi fəthi-didarın,Zəfər səhifəsidir çöhrəsi ələmdarın.Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər,Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər!

Tökülmüş arxana millət, bütün nəzər səndə,İşıq alır kimi hər çeşmi-xəndəvər səndə.Bunun həqiqəti şu: ləm’eyi-zəfər səndə,Ziya müməssilisən, şübhə yox ki, fər səndə.Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər,Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər!

Sən öndə, arxada musiqilər tərənnümsaz,Öpər qulaqları, oxşar o dilnəvaz avaz.Yerin üzündəki canlar olur səmapərvaz,Nə xoş bu nəğmeyi-canpərvərü zəfəravaz.Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər.Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər!

Qadın, çocuq kimi canlı süyuli-cuşavərZəfər livasinə baxmaqla gözləri ənvər.Livayi-həmd ucalmış nümuneyi-məhşər,Demək ki, nəş’əti-üxrə imiş cahanda zəfər.Hilalə yüksəlirəm, dinləsəm həvayi-zəfər.Ziyafüruzi-nigəhsən sən, ey livayi-zəfər!

Bakı, 6 oktyabr

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri