Mən bir günəşəm, yerdə əyandır ləmə’atım,Şe’rimdə parıldar duruyor çöhreyi-zatım.Yoxdur zərəri, keçsə də fəqr ilə həyatım,Kim olduğumu bildirəcək bil ki, məmatım.Fərdayi-üfulumda bu qövm ağlayacaqdır,Lakin gözümü dəsti-əcəl bağlayacaqdır.

Mən solmalıyam ta ki açılsın da baharım,Mən sönməliyəm şə’şə’ələnsin də naharım.Mən ölmədən əvvəl vətənim oldu məzarım,Ərbabi-zəka düşmənidir indi diyarım.Söndükdə zəka əhli-vətən ağlayacaqdır,Göz incisi-yaşlar o zaman parlayacaqdır.

Ən son diləyim: məqbərim olsun vətənimdə,Təndir vətənim, olmalı canım da tənimdə,Ruhum ki mənim qalmayacaq bu bədənimdə,Quş şəklinə girsin, qanad açsın çəmənimdə.Əndamımı ağuşi-ədəm saxlayacaqdır,Fərdayi-məmatımda adım parlayacaqdır.

Bəxtim kimi olsun kəfənim, yə’ni siyəhnak,Heykəl diləməm, heykəli-qəbrimdir o əflak.Millət işıq olsun, məni udsun bu siyəh xak,Ancaq dilərəm qövmim ola sahibi-idrak.İdrakı olanlar məni sonra qanacaqdır,Bir qövmi dirildən də cahanda qanacaqdır.

Mən ölmədən əvvəl vətənimdir mənə məqbər,Çünki vətənimdir, buna olmam ki, mükəddər!Yurdum da anamdır, bütün övladı bərader,Mən istəyirəm: olmalıdır həpsi münəvvər.

Qaldıqca qara əhl, ziyanı qovacaqdır,Bir gün gələcək səhvini də anlayacaqdır.Ulduzlar əməl, leyli-həyatımda dirəxşan.Dilbər kimidir xəndeyi-məcrur ilə xənda.Gəh-gəh açılır, gəh oluyor pərdədə pünhan,Bir işvə verir, can alıyor, sonra gürizan,Ol afəti-can bir gün olur ram olacaqdır,Dil bülbülü həmbəzmi-güləndam olacaqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Ölüm