Tamaşayi-riqqətəngiz
Dün bir kişi, varlı bir adəm, qürurkar;
Vəchində kibrlər oluyordu şəramisar...
Əllər cibində, kibr gözündə əyan idi,
Gücsüzlərə həqarət edən (!) idi.
Duzəxliqa, cəhimtəbiət nigahı var,
Əxlaqının dənaəti alnında zillvar.
Bənzərdi gözləri ilana: odlu, çox acı.
Ruhi-xəbisinin də şu siması–dilmacı!
Qırmaclayırdı çeşmimi, baxsam şu surətə,
Ayinədir cəbini-bəşər şəkli-sirətə.
Bir güzgüdür ki, nasiyəsi adəmiyyətin,
Eylər irə yaxşı-yaman, nəysə xislətin!
Hammal, dalında bari-giran, binəva, fəqir,
Yoxsulluğun zəbunu olan bir zavallı pir,
Bir tifli-saldidə ki, yetmiş yaşındadır,
Solmuş bahari-ömrü şitalər başındadır,
Qarlar geyibdi bəxtiqaranın bütün tükü,
Gəldi, dayandı, qoydu yerə arxadan yükü.
Donmuş həyatı, tər töküyordu, dedim ki ya –
Həp ziddlərdə cəm olur, ey hikmətaşına.
Alnında danə-danə düzülmüş tərləri,
Tərdir həmişə rəncbəranın gühərləri.
Köksündə də həp incilər idi parıldayan,
Alnıyla ruyunu tər idi həp qucaqlayan.
Qoydu yerə dalındakı dükançı malını,
Tər silməyə çıxarmış idi dəstmalını.
Bir kirli yaylıq idi fəqirin əlindəki,
Ondan da kirli idi şu pirin tənindəki,
Yə’ni libası da pis idi, çirkdar idi,
Bəxti-səfili-şəxsi kimi ixtiyar idi.
Yaylıqla toplayırdı üzündən o tərləri
Ataşli sə’ydən doğan abi-gühərləri.
Odlu günəş də axşamadək başda tacıdır,
Netsin zavallı, ab ilə nan ehtiyacıdır.
Birdən-birə nə olduğunu bilmədim, vəli –
Gördüm üzünə sillə vuran güclü bir əli.
Baş ağ ikən, beli bükük ikən, bədən zəif –
Piri-fəqiri vurdu o zəngin, dəni hərif.
Tab etmədi bu zərbəyə həmmal olan fəqir,
Düşdü yerin qucağına bidəstgir pir.
Düşdü, yıxıldı, ağladı üstündə yerlərin,
Bilməm neçin qızarmadı rüxsarı göylərin?!
Əkmək deyil yedikləri, silləydi şartaşart,
Müzlim göründü çeşmimə afaq, kainat.
Sökdü tökürdü nur kimi rişbəyazinə,
Baxdım zavallının nigəhi-giryəsazinə.
Mə’tufi-asiman nəzəri-əşkpərvəri,
Göydən təsə’üli-mədəd eylərdi gözləri.
Yer dilsiz idi, göy də qulaqsız, bəşər əma,
Yer əbkəmiyyətində, guşsuz idi yenə səma.
Yoxdu mədətçi, çoxdu tamaşaçı didələr,
Pir ağlayırdı, başqa nəzərlərdə xəndələr.
Daşdan yapılma dillərə sahib olan bəşər,
Məxluqlər içində təməssülnümayi-şər.
Tədqiq üçün dayanmış idim hali-aləmi,
Gördüm himayədari-zülm imiş övladi-adəmi.
Qaşla, göz ilə, sözlə deyirdi o: “pah, pah!
Çox yaxşı döydü ha! Qocadaydı tamam günah!”.
Hər dil açıldı, söylədi, diqqətlə dinlədim,
Bir dil olur, fəqirə tərəf söyləyər, dedim.
Hər dil danışdı xeyrinə işdə o zalimin,
Gördüm müinidir bəşəriyyət məzalimin!..
Hər bir baxış fəqirə gülürdü həyat boyu,
Bir rəhm edən yox idi, əvət, kainat boyu.
Hər bir baxan nəzərdə şu mə’na parıldadı.
Mə’nanı anladım, o zaman könlüm ağladı.
Gözlər deyirdi çox gözəl oldu döyülməmək!
Əlbət təbiidir bu cahanda söyülməmək!
Yoxdur sənin hüququn, əvət, yox ki, qüvvətin,
Zurun ki yox, təbiidir, əlbət, həqarətin.
“Həqqü hüquq”– bunları qüvvət tanırmı? Heç!
“Qüvvət” hüquq nədir anlayarmı? Heç!
Baxdım da “nəsə” həqq görüyordu həqarəti,
Alqışlayırdı gözləri bazuyi-qüvvəti.
Bir kimsə çıxmadı görəyim həqpərəst imiş,
Alqışlanan hüquq deyil iştə zurdur,
Güc kimdə isə, dəhrdə əhli-hüzurdur.
Hər bir baxışda zaribə qarşı sücudkar,
Qalmışdı ortada unudulmuş bir ixtiyar,
Mən anladım ki, fəqr böyük bir günah imiş,
Əshabi-fəqrə hər sitəm etsən, mübah imiş.
Dünyadəki cəlali-münəvvər də qüvvətin,
Məhkumudur ya aciz olan hakimiyyətin!
Bakı, 14 sentyabr
Kitabxana.az · https://kitabxana.az/works/hadi-tamasayi-riqqetengiz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cahanə gəlmədən məqsəd nədir insanə, bilməm ki?Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Təraneyi-əhrarənəCahan yeksər münəvvər oldu nuri-ədlü ra'fətdən,Bizik məhrum olan yalnız bu feyzi-adəmiyyətdən,
Təbriki-eydi-əzhaBəşarət, əyyühəl-ixvan, bu gün bir eydi-zişandır,Könüllər, ruhlər nəvvari-ülviyyətlə rəxşandır,
Təraneyi-milliÇirağı-müzlimi-ümmid işıqlanmazmı, yanmazmı?Siyəhru bəxtimiz ğədrü cəfasından utanmazmı?
Başqa şairlərin şeirləri
Qafil olma, diqqətinən fəhm eylə,Yaxşını, yamanı tanı həmişə.
Haqq nəsib eyləsin yenə varalumHaqq nəsib eyləsin yenə varalum,Bab-i-salam qapusundan girəlum,
Onun istəyi– Söylə mənə, söylə mənə, uçuq səngər,Hansı igid itirmişdir bu çantanı?
Nə gözəl konuşur türk gözəlləriGözəl Türkiyənin gözəl qızları,Yer uldazlarıdır, yer ulduzları.