– Söylə mənə, söylə mənə, uçuq səngər,Hansı igid itirmişdir bu çantanı?İndi harda ömür sürür həmin əsgər,De, hardadır Vətənimin qəhrəmanı?

Səhər-səhər göy üfüqlər geyəndə al,O da durub yollanarmı iş yerinə?Maşınıyla qazıyaraq təzə kanalTəbiəti mat qoyurmu hünərinə?

Yaşayırmı həmin əsgər? Yoxsa o daŞəhid olub bu yerlərdə “Vətən” – deyə?Yox, bu fikir ürəyimi salır oda,Dilim yanır bu sözləri deyə-deyə.

Açan zaman bu çantanı yavaş-yavaş,Rəngi solmuş bir varağa nəzər saldım:“...Bu qaranlıq səngərlərin üstündə kaş,Şəhər salıb, çilçıraqlar yandıraydım!”

Ah, mən indi duydum ki, bax, bu çantadaBir mühəndis ürəyinin eşqi varmış.Mən duydum ki, saf əməllər düşsə oda,Yer altına gömülsə də, yaşayarmış.

Dedim: gecə hücum vaxtı bu çantanı,Həmən əsgər bəlkə burda itirmişdir?Dedim: gözəl arzuları bu cavanı,Bəlkə yenə Kaxovkaya gətirmişdir?

İndi onun uzandığı səngərlərinÜzərində kanal çəkib, gül əkirik;Boz çöllərin simasını dəyişərək.Evlər tikir, bağlar salır, yol çəkirik.

Bəlkə o da bizim kimi erkən durur,Maşınını Kaxovkada işə salır?Bəlkə o da plan çəkir, bəndlər qurur,Şoranlıqlar qucağında meşə salır?

Mən sevirəm o cavanın arzusunu,O arzuda gülümsəyir əbədiyyət.Gözəl dostum, yaxşı bil ki, sən də bunu,Xəyalının meyvəsidir bu həqiqət.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri