İnana bilmirəm
İllərim ötüşür karvanlar təki,Gah səhər görürəm, gah da ki, axşam…İnana bilmirəm ki, gün gələcək ki,Mən də bu dünyada olmayacağam.İnana bilmirəm bu həqiqətə,Ölüm dediyimiz əbədiyyətə.Onlarla tanışlar ötürmüşəm mən,
Çiynimə tabutlar götürmüşəm mən.Nə qədər adamı dəfn eləmişəm,Bacım, atamı dəfn eləmişəm.Yüz yol alışmışam, odlanmışam mən,Fəxri qaraulda dayanmışam mən.Nə qədər ömürlər suala dönüb,Körpələr yox olub, xəyala dönüb.Bir göz qırpımında itib adamlar,Sağımdan, solumdan gedib adamlar.Hey ürəyim qəmli, hey qanı qara,Baxmışam sahilsiz qəbiristanlara.Ulduzlar sanında məzar görmüşəm,Yenə də özümü ölməz bilmişəm.Heç inanmamışam gün gələcək ki,Mən də köçəcəyəm milyonlar təki.İnana bilmirəm bu həqiqətə,Ölüm dediyimiz əbədiyyətə.Sanıram üstümə ölüm gələndəO mənim köksümü söküb dələndə,Hər cürə həkimdən, loğmandan əvvəl,Öz sevgiləriylə, istəkləriylə,Mənə «Ata, Ata!» deməkləriylə.Öz baxışlarıyla, öz səsləriylə,Öz isti,mehriban nəfəsləriylə,Məni balalarım sağaldacaqlar,Ölüm zülmətindən çıxardacaqlar.Sanıram o çətin anımda mənim,Dostlarım dayansa yanımda mənim.Sorsalar: «Necəsən?» o əzizlərim,Təzədən yanacaq sönən gözlərim,Onlar əllərindən yapışan kimi,Durub gəzəcəyəm bir cavan kimi,Mənə elə gəlir ən son nəfəsdə,O cəllad duranda başımın üstə,Sözlərim meydana gəlib ər kimi,Çarpışıb, vuruşub igidlər kimi,Gücünü, əzmini bildirəcəklər,O qara kabusu öldürəcəklər.Mənə elə gəlir ölüm gələndə,Bir haray düşəcək o doğma kəndə,Eşidib bilənlər yüyürəcəklər,Onu boğazlayıb sürüyəcəklər,Mənim küləklərim tüğyan edəcək,Mənim çiçəklərim üsyan edəcək.Mənim qartallarım millənəcəklər,Mənim laylalarım dillənəcəklər.Çəpərə dönəcək bənövşələrim,Qalxacaq ayağa göy meşələrim.Adamlar, küləklər, qayalar, dağlar,
Məni bu həyata qaytaracaqlar.Mənə elə gəlir varlığım, canım,Loğmanlar loğmanı Azərbaycanım.Ürəyi istəsə diriləcəyəm,Mənə oğul desə diriləcəyəm…İllərim ötüşür karvanlar təki,Gah səhər görürəm, gah da ki, axşam.İnana bilmirəm gün gələcək ki,Mən də bu dünyada olmayacağam.Belə qurulsa da bəşər, kainat,Gözüm görə-görə hər gün, hər saat,Min ömür çatsa da sona, insanlar!İnana bilmirəm bunu, insanlar!
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-inana-bilmirem
← → düymələri ilə keçid, R — təsadüfi şeir