Əsrimizin faciəsiNə atomdur, nə də uran,Əsl dəhşət ondadır ki,İnsanlıqdan çıxıb insan…Olub cəllad, olub vəhşi,

Olub dəni…Kəsilibdir öz-özünəDüşmən, qənim…Günah olar insan deyək ona daha,Mağaradan gəlmiş idiDönüb yenə mağaraya…Öz əli ilə öz başınaKül ələyir,Anasını topa basır,Atasını güllələyir…Azğınlaşır günü-gündən,Bu gün insan böhranıdır,Yer üzündə…Kütlələrin itib tamamSay-hesabı,Mənsə insan axtarıramKüçə-küçə, qapı-qapı…O da azdır qızıl kimiMisqal-misqal, dənə-dənə…Haray-həşir qoparıramDönə-dönə,Əsrimizin faciəsiNə atomdur,Nə uran,Atomu da, uranı da yaradıbdırÖzü insan…Öz-özünü qırmaq üçünGörün nələrKəşf eləyib…Öz-özünə qəsd eləyənBir vəhşiyəBəs nə deyim?..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri