Bu gün bircə dərdimiz var-Vətən dərdi…Hamımızı oda yaxar-Vətən dərdi…Dava gedir torpağımda,Şəhid olur yurdumuzun yüz-yüz mərdi,Vətən dərdi qabağındaƏfsanədi çörək dərdi,yemək dərdi,gödən dərdi…Bu gün bircə dərdimiz var- Vətən dərdi…Qarı düşmən dizimizi qatlayıbdır,Bütün namus-arımızı tapdayıbdır,Yurdumuzun yarısını bərbad edib,Əsir qalmış el-obalar fəryad edir…Anaların ahı tutub yeri-göyü,Dərd adamı birləşdirir amma niyə,Niyə bizi ayrı salıb Vətən vərdi?...Vətən dərdi olan vaxtıParçalanmaq çətin dərddi…Özümüzdən özgə bizə kömək yoxdur…Birləşməsək,millətimiz demək yoxdur…Demək,onda tayfalarıq,dəstələrik,Bununçun yağı bizi üstələyir,Belimizi qırıb,əyibDərd adamı birləşdirir, amma niyəVəlimiz bir yana çəkir,Əlimiz bir yana çəkir,

Başımız bir yana çəkir,Əlimiz bir yana çəkir,Dirimiz bir yana çəkir,Ölümüz bir yana çəkir…Yurdumuzda dava gedir,Məmləkətin çevrilibdir altı üstə,Bu ki, milli faciədir,Bizsə dava-dalaşdayıq rütbə üstə,Stol üstə, altun üstə…Ən müqəddəs yerlərimizÇıxıb bu gün əlimizdən,Bizsə dava-dalaşdayıqCılız yerlibazlıq üstə…Qurumlar var,dəstələr var neçə adda,Hərənin də öz cəbhəsi,əsl cəbhə çıxıb yaddan…Allah, özün xilas elə, millətimiBelə şərdən….Kim olsaydı, vallah, çoxdan birləhərdi…Birləşdi qanlı – bıçaq olanlar da,Lap ağlarda, qaralar da birləşərdi,Birləşməyən yaralarda birdəşərdi…Ola bilməz ana yurdum yad əllərdəZindan,qəfəs…Vətən dərdi qabağında qalan dərdlər,Cəfəng,əbəs…Vətən dərdi-yaman dərddir,Vətən dərdi qabağında qalan dərdlərYalan dərddir…Vətən dərdi qabağında nə ev dərdi,Nə mal dərdi,Nə can dərdi…Bu gün bircə dərdimiz var-O da AZƏRBAYCANDƏRDİ…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən