Bu nə cürə məhəbbətdi
Özü yandı, özü söndü,Bu nə cürə məhəbbətdi?Birdən-birə üzü döndü,Bu nə cürə məhəbbətdi?
Bir qisməti həsrət imiş,Bir qisməti möhnət imiş,
Bir qisməti nifrət imiş,Bu nə cürə məhəbbətdi?
Əvvəl idi, axır oldu,Həmdəm idi, yağı oldu,Həqiqəti nağıl oldu,Bu nə cürə məhəbbətdi?
Bir adı qəbahət imiş,Bir adı xəyanət imiş,Bir adı fəlakət imiş,Bu nə cürə məhəbbətdi?
Çox-çox illərim heyf oldu,Xəyala döndü qeyb oldu,Külü göylərə sovruldu,Bu nə cürə məhəbbətdi?
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-bu-ne-cure-mehebbetdi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yığırdım ömür köçümü,Adım gəldi bu dünyaya.
Sən elə bir vaxtda rast gəldin mənə...Sən elə bir vaxtda rast gəldin mənə,Qurumuş bulağam, bulanmış suyam...
Eşq-məhəbbət ölməyəcəkXalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...
Necə ömür eylər insanlar...Hamı laqeyd olub daş tək, hamı biganəyə dönmüş,Ürəklər bum-buz olmuş boş, soyuq bir xanəyə dönmüş.
Başqa şairlərin şeirləri
Ey verən mollalara nisbət yalan Mişdi,Qənim olsun canına ayeyi-Quran, Mişdi
Göndərib lütflə, ey dil, mənə dilbər kağızGöndərib lütflə,ey dil,mənə dilbər kağız,Könlümün zülmətini eyləyib ənvər kağız.
Varmı?Mənimlə həmdəm bu gün bu gecə,Bir bülbülüm vardır, səndə varmı?
GözəllərGözəllərin dərgahına uğradım,Birər-birər bəri varın, gözəllər.