Adım gəldi bu dünyaya
Yığırdım ömür köçümü,Adım gəldi bu dünyaya.Eynən elə özüm kimi,Adam gəldi bu dünyaya.
Dua etdim körpə balam,İsmim olsun sənə halal,Özüm diri ola-olaMüdam gəldi bu dünyaya…
Ta əzrayıl sən şarlatan,Qapımızdan itil, usan,Soyuma, köküm, əmim, babam,Atam gəldi bu dünyaya.
Əcələ qışqırdım: bil ha,Gücün çatmaz mənə daha,Korsan, bax, nə ər, əjdaha,Titan gəldi bu dünyaya…
Bu gəlişdə məna dərin,Əbədiryyat oldu yerim,Kəfənini ölümlərin,Yırtan gəldi bu dünyaya…
Təzə Cabir, eşit məni,Adaşına ver əlini,Köhnə Cabirin yerini,Tutan gəldi bu dünyaya…00 0
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-adim-geldi-bu-dunyaya
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Ölüm
که کار کردن بیمزد، عمر باختن است
Deyim, dinləGəl, otur!Bax, belə!
LətifəBir gün bir xan məclisdə dedi ki, hər kim öz övrətindən razıdırsa,ayağa dursun. Hamı qalxdılar ayağa durdular, məgər şəxsi ki, qalxmadı.
Yandım nə qədər qəmindən, ey qəssab, mənDəysin sümüyə bıçaq, – dedim, – qoy birdən.