Nəvəm oldu, görüşünə aparmağa gül olmadı,Gül var idi, gül bol idi, pul olmadı…Sinəmdə sıxıldı ürək,Bir nisgillə, bir həsrətlə,Pul yox idi məmləkətdə?Pul çox idi məmləkətdə,Torba-torba, ətək-ətək,O mənə mümkün olmadı…

Xəstələndim, həkim bal məsləhət gördü,Həkimin də başına söz qəhət oldu?..Gecə-gündüz o dərmanı mən gözlədim,Bir anasız cücə kimi dən gözlədim,Ha bal dedim, bal gəlmədi,Yenə mənim nisgillərim düzəlmədi,Neyləyim, cibim deşik idi,Pulum vardı, bir iyirmibeşlik idi…

Nəinki bal, ona zəhər verməzdilər,Nə ki salam, o pula əl verməzdilər…Bal dediyim gün olmadı,Bir kimsəyə kar etmədi iltimasım, yalvarışım,Sinəmdə sıxıldı ürək,Məmləkətdə bal var imiş,Çələk-çələk, pətək-pətək,O mənə mümkün olmadı…

Boğaza yığıldım axır,Dedim, daha mənası yox yaşamağın…Ha ölümü harayladım, o gəlmədi,Əzrayıla ha dil tökdüm düzəlmədi…Dedilər ki, havayıdır ölüm məgər?Pul lazımdır filan qədər,Ölənlər də dollar ilə ölür indi,

Hələ, söylə, görüm indi,Varmı səndə qüsul pulu, yasin pulu,Molla pulu, qazı pulu…Fitrə haqqı, zəkat haqqı,Qırxa kimi xeyrat haqqı,Birdən-birə neçə milyonPul istəyir meyidyuyan…O üstəlik mükafat da tələb edir,Ölmək elə səninlədir?!.Ölmək qabaq pulsuz idi,Eh, o vaxtlar pul pul idi…Heç bilirsən tabut qalxıb nə qiymətə?..Lap əlli gün döy mollanı, pulsuz qalxmaz münacətə…Eh, o qədər ölən varki, tabut çatmır bu millətə…Bir də ölmək yarış olub, bilsən nə boydadır növbə?..Köhnə qəbirstanlıqda açaq gərək təzə şöbə…Ucuz bilmə ölümü sən,Birdə bütün bu xərcləri ölməmişdən verməlisən…Yox, sayma asan ölməyi,Nə qədər ki, gec deyildir tövbə elə sən ölməyi…Molla etiraz elədi, axund etiraz elədi,Hətta mənə İnkir-Minkir naz elədi…Dedilər ki, pulsuz ölüm sərfa deyil bizim üçün,Bacarırsan get özün öl özün üçün…Boğdu məni qüssə-qəhər,Gör nə cürə zəmanədir, ölüm olub gülməşəkər?..Bir arzum da çin olmadı,Ölmək də mümkün olmadı…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri