Böyümək istədi cılızlar birdən,İştaha gəldilər ağa olalar…Gözə görünməyən bir kəslər birdənLap böyük Allaha yaxın olalar…

Biri də demədi cılızdı kökü,Nərdivan tapdılar nataraz, uzun…Xalqın tez boynunda oturdular ki,Boyları hamıdan uca görünsün…

Uzun tikdirdilər papağı hətta,Çatdı geyimləri neçə arşına…Qalxdılar Məşədibad sayağı həttaHamballar belində hasar başına…

Cırtdan babasını unudub artıq,Koroğlu nəsliyəm deyən tapıldı…Əlini, başını uzadıb, dartıbSapaşki, dikdaban geyən tapıldı…

Zamanın ən qorxunc azarı kimiCılızlıq mərəzi tutdu hər yanı.Cılızlar istədi özləri kimiCılızlaşdıralar Azərbaycanı…

Göyün ətəyindən tutdu cılızlar,Yenə də boyları yerdə süründü.Nə qədər nəhəngi uddu cılızlar,Cılızlar yenə də cılız göründü…

Quran götürdülər möminlər təki,Girdilər şəriət oyunlarına.Bu xırdacığazlar qanmadılar ki,Cılızlıq biçilib boyunlarına…

Lap ən zırpıları irəli qaçdı,Məhəl qoymadılar yenə onlara.Taxtda oturdular əməlli-başlı,Görüb saymadılar yenə onları…

Hərənin həyatda olur öz yeri,Mənim sözlərimi ariflər anlar…Böyüklük eşqinə düşəndən bəri,Cılızlığı da itirdi onlar…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri