Heyvan insanlardan qaçır,İnsan heyvanlardan qaçır,Gözəl fikirdən qaçır,Yaxşı yamandan qaçır…

Soruşma ki, nə sirrdir,Çoxu pula əsirdir…Min ildir, min əsirdir,Doğru yalandan qaçır…

Qorxaqlar can bəsləyir,Qəm sevinci izləyir,Pis yaxşını pisləyir,Aqil nadandan qaçır…

Bu aləm möcüzədir,Çox köhnələr təzədir,Qurd qurdla göz gözədir,Əqrəb ilandan qaçır…

Yazdır, aləm haydadır,Dağ selləri çaydadır,Əsl şair qaydadır,Allah olandan qaçır…

Nə çoxdur söz deyənlər,Qızıla mis deyənlər,Həyatı istəyənlər,Ölümdən qandan qaçır…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri