Qoy kor olsun ürəyiniz,Gözləriniz,Bir peyğəmbər yaşayırdıAranızdaGörmədiniz…Soyu sizin soydan idi.Qanı sizinQandan idi…O xalqıyla bir nəfəsdə,Canda idi…Bir ilahi yrək iləDoğulmuşdu…Xətaidən qopmuş idi,FüzulidənYoğrulmuşdu…Aman, aman o ürəyiGörmədiniz…Qoy kor olsun gözlərinizOnu niyəGörmədiniz?..Bizim millət bərk-bərk yatıbAyılmayır..Peyğəmbərlər öz yurdundaSayılmayır…Öz yaxşımız ola-ola daimYada yalmanmışıq…Öz dilimiz ola-ola yad dillərəAldanmışıq…Yad kitablar olub bizim kitablarınMüqəddəsi…Yad dillərdə dəf etmişikÖlümüzü nəsil-nəsil…

İçimizdə öldürmüşük yüz imamı,Peyğəmbəri,Yad torpaqda axtarmışıq biz imamı,Peyğəmbəri…Pay-piyada aylar ilə çıxıb yola,Gedib ürək yanğımız qərib yerdəSoyutmuşuq…Öz soyumuz, öz suyumuz ola-ola,Yad yerlərdə pak olmuşuq,Qayıtmışıq…Öz dərdimiz, faciəmizBaşdan aşıb,Özgələrçin hey döymüşükDizimizə…Vəhşilərdə öz qövlünəYaxınlaşıb,Biz yamanlıq axtarmışıqÖzümüzdə…Rəmz olubdur bizə yadlarZaman-zaman,Başımızı dumanladıb kənar adlarZaman-zaman…Onunçun da bir-birinəDoğmalığıİtirmişik…Ayrılmışıq, bölünmüşük,Danılmışıq,Ütülmüşük…O tay, bu tay,o xalq, bu xalq,Cənub, şimal…Bu millətin allah necəTayı olar,Adı olar?..O tay çoxdan çıxıb bizimƏlimizdən,Bu tayın da yarı gedib,Yarı durur,Ta nə qaldıElimizdən?...Əsr-əsr gedən bu ikilikBeş gün deyil,On gün deyil…Lap Xətai dura gələ bu millətiBirləşdirməkMümkün deyil…BMT-lər, başbilənlər, gəlin görüm,Mənə belə tolan olmuşBir millətGöstərin görüm…

Zaman-zaman yad imama,PeyğəmbərəQibtə edənAzərbaycan…Bədbəxt ölkəm Azərbaycan,Dünən rusa baş əyirdin,Bu gün türkəAzərbaycan…Peyğəmbərsiz dolanırıq peyğəmbərlərDövründə dəPeyğəmbərlər yaşasa da, hamımızınBöyründəcə…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq