Kafərdi kor mələk bilə, canə mələk səni,Sultani-hüsnsən yaradıb tanrı tək səni.

Verməz yüz ayə, yüz günə kim, çərx, bir təlin,Yüz min əzizi-Misrə də keşməz fələk səni.

Nə hür, nə pərisən, əzizizm, nə mahsan,Hansı dililə, söylə görüm, dindirək səni?

Yar, danan səni danıb Allaha gəc edib,Xəlq içrə çünki Tanrı yaratmış məhək səni.

Məhşərdə üzr istəməyə hər günahıma,Allah hüzuruna aparam mən gərək səni.

Göz yaşım ilə bəsləmişəm sərv qamətin,Gözlə ki, tutmasın gözüm axıradək səni.

Məqtə — şairin təxəllüsü olan son beyt. Gər başı üstə gəlmiyəsən can verən zaman,Billahi, Baki gözləyəcək həştərək səni.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · İlahi eşq