Ay qapımı döyən yolçu,Mən də sənin günündəyəm.Durub boyun əyən yolçu,Mən də sənin günündəyəm.

Mən də sənin kimi acam,Amma ki, nədi bilmirəm?Sən əl açmaq bacarırsan,Mən onu edə bilmirəm.

Haldan hala salır məniO bom-boş yalın əllərin.İlan olub çalır məni,Mənə uzalı əllərin.

-Boş qaytarma,-deyib Tanrı-Nagah qapına kim gələ:Əl tutmaq Əlidən qalıb,Əl tutmaq üçün cib gərək…

Mən də ta ələ baxıram,Əməlli-başlı, can bacım…Yarıb qarnımı baxalar,Qarnın tək boşdu, can bacım…

Gör, millət nə günə qalıb,Olubdu qaçqın, dərbədər…Üzülüb bəstəkar, alim,Yazarlar hamıdan betər…

Dəllallar qəbirdən qalxıb,Lotular bazarı tutub…Lap az qala bütün xalqı,

Yolçuluq azarı tutub…

Nə böyüyə hörmət edən,Nə kiçiyə baxan yoxdur.Bir sürü gədə-güdədən,Daha bizə aman yoxdur…

Yanında fitil balalar,Qapımı açdın, can bacım…Mədəmə rentgen salaraq,Mədən tək boşdu, can bacım…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri