Həmişə əli qılınclı təmizliyimi qorudum…
Həmişə əli qılınclı təmizliyimi qorudum,Bu həyatda ən birinci təmizliyimi qorudum…Bu döyüşdə gəlib keçdi hər bir ayım, hər bir ilim,
Qorxutmadı əsla məni nə bir hədə, nə bir ölüm,Balaca bir şər görəndə qaçdım ondan ilim-ilim,Bu həyatda ən birinci təmizliyimi qorudum,Həmişə əli qılınclı təmizliyimi qorudum…
Bütün aləm riyakarlıq girdabında dağılarkən,Körpə məsum günahsızlar haram üstə doğularkən,Bilə-bilə çoxlu girib girdablarda boğularkən,Natəmizləri görüncə təmizliyimi qorudum,Həmişə əli qılınclı təmizliyimi qorudum…
Mən bəslədim daim onu ana uşaq bəslər kimi,Vicdan kimi, namus kimi, qeyrət kimi, məslək kimi.Sərvaxt durdum keşiyində bir müsəlləh əsgər kimi,Öz əziz balamdan öncə təmizliyimi qorudum,Həmişə əli qılınclı təmizliyimi qorudum…
Bu batində gedən işdir, amma yaman çətin işdir,Bu ölməkdən çətin işdir, yaşamaqdan çətin işdir,Hətta vətən, hətta torpaq qorumaqdan çətin işdir,Bunu dərk edib duyunca təmizliyimi qorudum,Həmişə əli qılınclı təmizliyimi qorudum…
Saf qaldı ürəyim, şerim, sözüm, evim,duyğum, hissim,Bütün hiylələrə dözdüm, bütün həmlələrə dözdüm,Murdarlıq görəndə o an başını bədəndən üzdüm,Ondan kam aldım doyunca təmizliyimi qorudum,Həmişə əli qılınclı təmizliyimi qorudum…
Qanımı min yol tökərlər, ayrılsa ətim ətimdən,Məkiri yaxın qoymaram nə qədər can var bədəndə,Bir gün gözlərimi yumub köçüb dünyadan gedəndə,Desinlər Cabir ölüncə təmizliyini qorudu,Həmişə əli qılınclı təmizliyimi qorudum…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-hemise-eli-qilincli-temizliyimi-qorudum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Əhəd, lə yəzəl, vahid, yəkta,Salma məni gözdən ayağa hərai,
OlmazAdam oğlu, yol ərkanın tanı bir,Yol ərkan bilənin yeri dar olmaz,
Həcv: Qayıtdın Kəbədən, Hacı, unutdun din və imanıQayıtdın Kəbədən, Hacı, unutdun din və imanı,Buraxdın şahidi-üqbanı, tutdun xeyri-dünyanı
PərdəPərdə lazımdırsa,Alın pərdəni.