Ömür evi qaçhaqaç, qovhaqovdur…
Ömür evi qaçhaqaç, qovhaqovdur,Qoyulubdur tağı, himi yarımçıq.Çox erkəklər boy-buxundan bütövdür,Amma əsl kişi kimi yarımçıq…
Çox təknələr çox xəmirlər yoğurub,Çox arzular bələyində boğulub,Hər gün saysız bəşər ölür, doğulur,İnsan azdır, amma adam olan çox…
Dünyaların əzəlidir bu dünya,
Hamımızın məzarıdır bu dünya,Nəhəng hərrac bazarıdır bu dünya…Satan çoxdur, verən çoxdur, alan çox…
Çox nəhənglər kölgədədir, daldadır,Çox zəkalar çətindədir, dardadır,Hamı durub bir-birini aldadır,Doğru tək-tək, dənə-dənə, yalan çox…
Düz adamlar səhradadır, düzdədir,Natəmizlər daim elə üzdədir,Cahan rüşvət mərəziylə xəstədir,Halal tamam itib, batıb, haram çox.
Ta çox şeydən əllərimi üzmüşəm,Riyalardan cana doyub bezmişəm,Onunçun da insanlardan bezmişəm,Onunçun da bu dünyayla aram yox,Yaşayıram daha ayrı çarəm yox…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-omur-evi-qachaqac-qovhaqovdur
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bir məclisə varanda özüni ögməŞeytana can verib yoxsuli döqmə,
GəlmədiEy ağalar, könlümü çapdı əlmlər,Sultanım, sərdarım, ağam gəlmədi.
Gəraylı: Məndən özgə gözəl yarımMəndən özgə gözəl yarımQədr-izzət bilən olmaz
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,