Bu millət vəzifə dəlisi imiş,Şan-şöhrət «ölüsü», «rütbə» düşgünü.Vəzifə çoxunun mərəzi imiş,Həmi «qara» günü, həmi «xoş» günü…

Çoxunun «ilk eşqi», «ilk məhəbbəti»,«İlk əhdi», «ilqarı» imişsən, demə.Həmi «səadət», həmi «möhnəti»,Həyat edalı imişsən, demə.

Müdir stolundan tutur ölüncə,Ayrı şey gözündə puçmuş, yalanmış…Nə vətən, nə torpaq bu millət öncəVəzifə uğrunda həlak olanmış…

Hamı uşaqlıqdan keçir bu dərsi,Tək ona bağlayır arzularını.Sən ona rütbə ver, o sənə versin,Hətta qeyrətini, namusunu, arını…

Nə vicdan, nə məslək, nə zəka, əməlTək ona qul olur, rəğbət bəsləyir.Sən ona rütbə ver, satsın əlbəəl,Bütün uluları, müqəddəsləri…

Hamı candan keçir vəzifə tutsun,Rütbə stolları yamaq-yamaqdır…O kütlə gözündə Allahdan üstün,İmandan qabaqdır, dindən qabaqdır…

Cavan da, qoca da sevir tacı-taxt,Gəda da istəyir şah ola hətta…Dava da qurtarar-qurtarmaz heç vaxt,Vəzifə davası bu məmləkətdə…

Dostunu vəzifə başında tanı,O açır hamının əsl üzünü…Bu yolda çox qırıb insan-insanı,Qanlar axıdılır, başlar kəsilir…

Hamının qarnının ağrısı birdir,Vəzifə bu xalqa qənim kəsilib…Onunçün yerinə yetirə bilmir,Bu millət millətlik vəzifəsini…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən