Aman Allah, aman Allah,Mənə qiymət verənə bax…Saxla, cəfəng sözləriniYetər, bəsdir.Mən bilirəm nəyim yaxşı,Nəyim pisdir…Düşmənimdir boşboğazlar,Gəvəzələr…Mən özümə özüm mizan, tərəziyəm…Mən bilirəm öz yaxşımı, yamanımı,Tərifimi, nöqsanımı…Anam haqla bələyibdir bələyimi,Məhəbbətlə doldurubdu …Ağlım bir şey kəsən gündən,Öz-özümü zərrəbindən keçirirəmGündə-gündə…

Çörəyimə haram tikə qatmamışam…Bir günaha batmamışam…Hey qaçmışam xeyrimdən,Bir yad nəfəs görməzsinizŞerimdə…Əlim heç vaxt batmayıbdırNahaq qana,Bir insana, bir heyvanaBir yamanlıq etməmişəm…Əyri yola getməmişəm,Bircə qəlbə dəyməmişəmBeca yerə,Mən həqiqi peyğəmbərəm…Aman Allah, aman Allah,Səhvlərimi görənə bax…Bəsdir yetər, kiri, dayan,Dayan özüm səhvlərimi sadalayım…Ən birinci bəlam budurŞair doğub məni anam,Hər bir şeyə inananam…İnananam kim nə desə,Təmiz sözə, kirli sözə…Daim elə inanmışam,Yalançılar tərəfindən talanmışam…Aldadıbdır ən sevdiyim dostlar məni,İynə boyda səmimiyyət ovsunlayıbDərhal məni…Dağlar boyda ümid verib mənəXırda bir yaxşılıq…Bir xoş niyət, bir xoş qılıq…Nanəciblər ürəyimə bəzən yara vursalarda,Yenə, yenə, bir nəciblikAramışam insanlarda…Oğrularda bir doğruluq,Gədalarda bir ululuq,Yoxsullarda bir zənginlik,Qorxaqlarda döyüşgənlik,Dinsizlərdə dindən nişan,Məzlumlarda bir ehtişam,Laqeydlərdə sevgi, nifrət,Vəhşilərdə mədəniyyət,Zülmətlərdə şölə, işıq,Kifirlərdə bir yaraşıq,Gözəllərdə ağıl, kamal,Məhəbbətdə bir ideal,Bir kədərə min-min şərik,Bir baxışda bəşərlik,İlahilik hər cür dildə,Bəşərilik hər ölümdə,

Bir qətrədə bütöv ümman,Aramışam, axtarmışam…Ürəyimdə zərrə boyda bir qara yox,Gələrdimmi bu dünyaya dübarə-yox?..Qədəmimə gül-çiçəklər düzəldilər,Mənim üçün gecə-gündüz gəzəydilər,Bütün dünya yığışaydı görüşümə,Lap heyvanlar sevinəydi gəlişimə,Aylar boyu, illər boyu,Pişvazıma çıxaydılar yollar boyu,Cərgə-cərgə, dəstə-dəstə,Bir də, bir də dünyaya üz çevirməzdim…Mənə qiymət verənə bax,Mənə qiymət verə bilər zaman, Allah…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri