Dünya bir sınaqdır hər addım başı,Havayı fallardan ümid gözləmə.Ürəyi korlardan, qəlbi karlardan,Məsləki hallardan ymid gözləmə.Ata hesabına, dayı gücünəMənsəb alanlardan ymid gözləmə…Müasir bəylərdən,bəyzadələrdən,Təzə marallardan ümid gözləmə…Çörəyi dizinin üstündə olan,Vicdanı çallardan ümid gözləmə.Dünyanı bir kağız diploma satan,Savadlı mallardan ümid gözləmə.Özünün öz şəxsi səadətiniRüşvət alanlardan ümid gözləmə.Neçə mərtəbəli tərifçilərdənZurna-qavallardan ymid gözləmə.Hər gündə bir cildə, bir rəngə girən,Buqələmulardan ümid gözləmə.Ancaq xeyri üçün çalışanlardanBelə fəallardan ümid gözləmə.Həyat bir gözləmə zalı deyildir,Gözləmə zallarda ümid gözləmə.Ey ürək,Özünə arxalan, güvən,Boş-boş xəyallardan ümid gözləmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri