Üç yaşlı əsgər…
Yuxudan qalxdı o dəm,Tüfənginin doldurur…Hər gün balaca nəvəm,Düşmən qırır, öldürür…
Geyir əsgər libası,Qoyur əsgər papağı…Durur farağat, hazır,Əsl əsgər sayağı…
Girir qanlı döyüşə,Səngərlələ atılır…Salır silahı işə,Parta-partla atır o…
Yığır nə gülləsi varBeşiyinin başına…Elə tez-tez, dalbadalYağı vurur, aşırır…
Yaşlı görsə yat deyir,Tüfəngini əyləyir…Analara atmayır,Uşaqlara dəyməyir…
Birdən var səsi ilə,-Ura… deyir ucadan…Keçir qələbə iləŞuşadan, Xocalıdan…
Keçir bu körpə əsgər,Keçir Murov dağından…Azad olub kəlbəcərFaşistlər tapdağından…
Gedir yuxuya azmazGecənin bir çağında…Yatır əynində libasAvtomat qucağında…
Vuruşur balaca ərYaşlıların yerinə…Vuruş, bəlkə böyüklərBaxıb sənə ərinə…
Sənə baxıb utana,Xiffət edib ölənlər…Vəzifəyə, altunaQulluq edən kölələr…
Vuruş, körpə qoçağım,Əvvəl-axır balası,Nəinki Qarabağı,Gərəkdir qan yuvasıYerevanı alasan…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-uc-yasli-esger
← → düymələri ilə keçid, R — təsadüfi şeir