Qurban olum dualarına…
Ay ana, düşürsən tez-tez yadıma,Təzədən dönürəm uşaq oluram.Dizinə baş qoyub bərk-bərk yatıram,Bütün qayğılardan uzaq oluram.
Görürəm çiynində yenə də çarşab,Obaşdan durmusan sübh namazına.Əlində o ulu, müqəddəs kitab,Yenə üz tutmusan göylərə, ana.
Məni tapşırırsan tanrıya bərk-bərk,Tək bircə balanı, şair oğlunu.Deyirsən,Xudaya, ona ol kömək,Xətadan, bəladan gözlə sən onu.
Ana, qurban olum dualarına,Tapşır, yaxşı tapşır,Allaha məni.Tapşır, yaxşı taphır, ana, ay ana,Yurdum talanmasın bir daha mənim.
Qurtulum ölümdən, dərddən, kədrdən,Unudum bir yolluq ağrı, acını.Millətim qurtarsın işgəncələrdən,Yağıdan alınsın Şuşam, Laçınım…
Keçim Xankəndindən, Kərgicahandan,Şəhid torpaqları bağrıma basım.Şərlər qovulsunlar Azərbaycandan,Bircəciyinində tumu qalmasın…
Ana, qurban olum dualarına,Onların sehrini çox görmüşəm mən.Elə körpəlikdən, ana, ay ana,O dualar ilə böyümüşəm mən.
Uzaq səfərlərə getdiyim zaman,Gizlicə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,Sonra min dil ilə ovundurardın.
O dualarında bir sirr vardı,Məni hər bəladan qurtarardılar.Məni təyyarələr sağ aparardı,Salamat yanına qaytarardılar.
Ana, qurban olum dualarına,Tapşır, yaxşı tapşır Allaha məni.Tapşır, yaxşı tapşır, ana, ay ana,Bir kimsə salmasın günaha məni.
Tapşır, hər nanəcib, nadan, heyvərə,Çirkab atmasınlar mənim üstümə.Heç dözə bilmirəm böhtənə, şərə,Murdarlıq ruhumu əzir dəstinə.
Heç dözə bilmirəm riya görəndə,İblis sifətlərə baxa bilmirəm.Bir yalan çıxmayıb, axı, dilimdən,Mən biclik, xəbislik, axı,bilmirəm.
Bəzən də dünyadan üzülür əlim,Tarıma çəkilir beynimdən hər sim.Nə ümidim qalır, nə də təsəllim,Tapşır, allaha mənə təsəlli versin.
Bu boyda kişiyəm ağır anda da,Yenə sən çatırsan dadıma, ana.Mənə dua elə məzarında daAna, qurban olum dualarına.
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-qurban-olum-dualarina
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Rəhmətlik anam həmişə dara düşəndə*deyərdi: - Sən saydığını say, gör fələk*
Zühur eyləmişəm…Şer üçün öz-özümü çoxdanƏsr eyləmişəm…
Əvvəl-əvvəl dünya bütöv bir ev imiş…Dünya əvvəl sonsuz nəhəng bir ev imiş,Zaman-zaman neçə yerə parçalanıb…
Mənə rəhmin gəlsin…Ölür ürəyimdə yaxşı adamlar,Bulanıb zamanın çirkablarına…
Başqa şairlərin şeirləri
Getmənəm obağdan, çıxmasın adın sənin,Söylənməsin heç bir yerdə yeməli zadın sənin,
YoxdurEy canım cəlladı, ömrüm yağısı,Məgər səndə zalım din iman yoxdur,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Oğlum üçünMələkim, yavrucuğum, şükr edirəm Allaha,Rəhm edib sən kimi nemət mənə əhsan etdi.