O vaxt anam cavan idi…
O vaxt anam cavan idi, çox cavan,O toyların ziynətiydi, ziynəti…Amma birdən atam getdi dünyadanMən anamı heç oynayan görmədim…
Kəndimizdə o hamıdan gözəldi,Başdan-başa geyinərdi zərxara…Mağarlarda tərlan kimi süzərdi,Atam öldü ta getmədi toylara…
Elə bil ki, birdən beli əyildi,Uzun qara saçlarına düşdü dən…Çox cavanlar kama çatdı, sevildi,
Qız-gəlinlər evdən-evə köçdülər…
Mənim də ki, boy calandı boyuma,Amma qəlbim sevinmədi, gülmədi…Ta anamın həsrət qaldım oynuna,Ta anamı heç oynayan görmədim…
Bacıma da bir bahar toy qurdular,Axırda da bir «Vağzalı» çalındı.Hey anamın qabağında durdular,O gizləndi çarşabının dalında…
Göz yaşıyla o bacımı ötürdü,Dedi-quzum, allah sənə yar olsun…Gəlin bacım bulud kimi tutuldu,Anasının bərk boynuna sarıldı…
-Qızım köçdü, xoşbəxt olsun,-dedilər,Bir oğlun var onun toyun görəsən…Daha onda, ay Qızılgül bəxtəvər,Göz dolusu oynayasan gərək sən…
Bir gün mən də eşq səsinə ayıldım,Özümə bir yuva hörmət istədim…Anam mənə elçi getdi dayımla,Müqəddəsdir elimizin adəti…
Sonra anam günü, ayı sanadı,Mənsə zaman necə keçdi bilmədim…Qəribədir, mən Qızılgül anamı,Toyumda da heç oynayan görmədim…
Bir qış günü vida dedi həyata,Atam oldu son istəyi, son sözü…Nə böyükmüş, nə möhkəmmiş, xudaya,Bizim ata-anaların sevgisi…
Belə olub bu millətin keçmişi,Heyf, indi onun quru adı var.Hanı indi atam kimi bir kişi,Hanı indi anam kimi qadınlar…
Bəli, o vaxt anam vardı çox cavan,O toyların bəzəyiydi, ziynəti…Nə zaman ki, atam getdi dünyadan,Mən anamı heç oynayan görmədim…
Kitabxana.az · https://kitabxana.az/works/cabir-novruz-o-vaxt-anam-cavan-idi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Yurd-yuva həsrəti çəkirlərÖz ana yurdunda qaçqınlar.
Həkim dostum, elə demə…Qan təzyiqim qalxır hər gün,Qan təzyiqim…
Hərbin əsil faciəli qəhrəmanı analardır…Ən birinci anaları didir, yeyir müharibə,Ən birinci analara dəyir onun güllələri…
Ölüm-olum vaxtı gəlib…Vətənimiz, millətimiz ağrı çəkir,Günlərimiz ağır ötür, ağır keçir…
Başqa şairlərin şeirləri
Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
GörmədimAşıq Sayad Nova, Aşıq Ələsgər,Aşıq Musa, Alı, Məmməd Söyün var,
Yol istərəmAradım, tapmadım qapusinSaray səndən yol istərəm
Deyişmə (Bədihə): Göstərəndə qaşlarının tayını— Həsən:Göstərəndə qaşlarının tayını,