Qəzəl: Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil
Könlümə mehrin ilə, ey mah, mübtəla əksik dəyil,Başıma zülfün ucundan bir bəla əksik dəyil
Ey üzü gül, sahibi-sünbül, fikri-ləlinlə müdam,Ruzi-şəb meyxanədə zövq ü səfa əksik dəyil
Ey təbibim, dərd dir aləmdə məqsudum mənim,Dövləti-vəslinlə gərçi kim dəva əksik dəyil
Bən sənin kimi nigarı qanda bulam bir daxi,Bin mənim kimi gəda, şahım, sənə əksik dəyil
Gördümmü ol pürcəfadan Nitqiya hərgiz vəfa,Haddən artıq, lik, ənvayi-cəfa əksik dəyil
Kitabxana.az · https://kitabxana.az/works/nitqi-sirvani-qezel-konlume-mehrin-ile-ey-mah-mubtela-eksik-deyil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aftabi-aləmi-candır ruxi-zibayi-dost,Rövnəqi-bağı-candır hüsni-bihəmtayi-dost
Qəzəl: Zülfi-siyəhin başıma sevda yetər, ey dostZülfi-siyəhin başıma sevda yetər, ey dost,Xalın bu qədər fitnələr edib nədir, ey dost
Qəzəl: Qədin bəndəsidir sərvi-büləndQədin bəndəsidir sərvi-bülənd,Əzilür ləbinə ki şəkkər ü qənd
Qəzəl: Bağı-hüsnündə bu sünbüllər ki dəstədirBağı-hüsnündə bu sünbüllər ki dəstədir,Sayəsində xətti-müşkin sübzeyi-nurəstədir