Məhbub, badə tərkin edəmmi, lənd olam,Divanəlik edəmmi, çü bən huşmənd olam

Aləmdə sərsəri necə bir bən lənd olam,Zülfünlə istərəm ki əsiri-kəmənd olam

Layiqmi camı-mey kimi qanlı yudam müdam,Bir gözü bəşlü gülü sınıq dərdmənd olam

Mirati-dildə yarı görüb eylədim pəsənd,Zənn etmə, zahida, məni kim xudpəsənd olam

Himmət edərsə bana gər padşahi-Rum,Tərzi-qəzəldə Nitqi, Kəmali-Xucənd olam

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq