Sünbülün əbrində gördüm uş məhi-taban gəlir
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Sünbülün əbrində gördüm uş məhi-taban gəlir,Saçların hər tarəsindən şö’leyi-iman gəlir.
Surətin əşkalıdır inna fətəhna, ey nigarKim, bu eşqin ayətində həqqə uş bürhan gəlir.
Zülmətin dövranı keçdi, oldu ol Xızr aşikar,Şimdi sordum, ləblərindən çeşmeyi-heyvan gəlir.
Gərçi ehsan etdiyin daim vəfadır aşiqə,Sən vəfalısan, vəfa qıl kim, cəfa çəndan gəlir.
Razımı faş etdi ahım, şol səbəbdən, ey nigar,Vəslinə vəsl olmağa çün dəğmə hər nadan gəlir.
Lövhi-məhfuz oldu qaşın, kirpigin eşq əhlinə,Surətin lövhündə, ey can, həq dedi Fürqan gəlir.
Gül yanağın həsrətindən bülbül, ey can aşiqi,Ah edər gül həsrətindən, biləməz xəndan gəlir.
Əhsəni-təqvimə çün səcdə qılır hurü mələk,Surətin gördü məgər kim, səcdəyə şeytan gəlir.
Məqtə — şairin təxəllüsü olan son beyt. Çün məqami-dilbər oldu, ey Nəsimi, aşikar,Şol həyati-cavidan buldu, yeri cinan gəlir.
Kitabxana.az · https://kitabxana.az/works/nasimi-sunbulun-ebrinde-gordum-us-mehi-taban-gelir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Bivəfadırsa əgər yar, o bilər - mən bilərəm,Ya vəfa əhlidi dildar, o bilər - mən bilərəm.
Yar məniBir söz ilə mən duzağa tutuldum,Bu qərib ellərdə yaxdı yar məni,
YarMən nəhani sizə qonaq gəlmişəm,Dur bağçada sallanıban dolan yar,
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,