Sünbüli-zülfünün əgər qonşusu lalə düşməyə,Almaya kimsə könlünü, şiveyi-alə düşməyə.

Surəti-həqsən, ey qəmər, pərdəsiz eylə üzünü,Ta büti-azəri yazan nəqşi-xəyalə düşməyə.

Sovməə əhlini üzün də’vət edərsə gər meyə,Zahid əlindən ayruq ol cami-piyalə düşməyə.

Yüz ilə qaşını necə vəsf edə ya bəyan qıla,Şol ki, anın nikahı ol bədrü hilalə düşməyə.

Xalü xətin qələm kimi şərh edərəm ki, bir dəxiSərzəniş eyləyən məni cürmü vəbalə düşməyə.

Sünbülünü gül üstünə qoyma ki, yeli dağıda,Ta ki, xəyali-xam edən fikri-məhalə düşməyə.

Xal ilə ənbərin saçın dal ilə nüqtədir, vəli,Kim deyə zal, əgər bənin nüqtəsi dalə düşməyə.

Fitnə qara gözün məni-məsti məlalət eylədi,Şol qədəhi kim içə kim, varə bu halə düşməyə?

Pərdədə yaşır, ey qəmər, üzünü ta ki, münkirinKəmnəzəri bunun kimi hüsnü cəmalə düşməyə.

Qüdrət əli əgər üzün nəqşini yazə günəşə,Ta əbəd ol kəmal ilə qalə, zəvalə düşməyə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Söylənə gər Nəsiminin mədrəsədə məqaləti,Dərsini qoya mədrəsə, qiyl ilə qalə düşməyə?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar