Aya qılasan
Ey günəş cəmallım, sən nə gözəlsən,İstərsən ki, tənə aya qılasan.Ahu gözlüm, hər bir qiya baxanda,Bir örkü salırsan, ay aqiləsən.
Şanə salır hərdən zülf əra zini,Demək istər məgər zülfə razini,Çəkdirə-çəkdirə zülf ərazini,Döndəribsən məni, aya, qila sən.
Çəkilir sürmələr, qaralı gözlər,Alır məndən səbri qaralı gözlər,Yoluna baxmaqdan qaralı gözlər,Gəl indi bir quru ayaq ilə sən.
Qəmzən qılınc çəkib budar da məni,Başın üçün, qoyma bu darda məni,Yetir mətlubuma bu dərdə məni,Bir busə ləbindən aya qılasən.
Xoş keçir bizimlə sən həm dəmisən,Eylə bu dərdimə sən həmdəmi sən,Şikəstə Vaqifin sən həmdəmisən,Danışma, sevdiyim, a yağilə sən.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-aya-qilasan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vidadidən gələn kağız məni fərxəndəhal etdi,Bu halı gördü qəm filhal məndən intiqal etdi.
Saçına uymuş xəyalım çünki ənbərbu kimiSaçına uymuş xəyalım çünki ənbərbu kimi,Ol səbəbdən incəlib qəddim olubdur mu kimi.
Ey güli-xəndan, fəraqından sənin qan ağlaramEy güli-xəndan, fəraqından sənin qan ağlaram,Eylərəm şamü səhər çaki giriban ağlaram.
Gözlərin cəlladdırGözlərin cəlladdır, baxışın yağı,Qanlı qəmzən kimi olmaz bəla, qız.
Başqa şairlərin şeirləri · Eşq
Sərv qaldı cilvədən sərvi-xuramanım görüb,Gülməz oldu gül daxi gülbərgi-xəndanım görüb.
Çıxmaz başımdan eşq ilə sevdası dilbərinÇıxmaz başımdan eşq ilə sevdası dilbərin,Könlümdə var həmişə təmmənnası dilbərin,
TufanaBiydad! Çərxi-gərdun saldı bizi əmanə,Sənsiz dönübdü ey gül, gözüm yaşı tufanə.
Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsınYa rəb, kərəm et, ol büti-məhparə qayıtsın,Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.