Ey güli-xəndan, fəraqından sənin qan ağlaram
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Ey güli-xəndan, fəraqından sənin qan ağlaram,Eylərəm şamü səhər çaki giriban ağlaram.
Gedəli zülfün əlimdən, piçü tabə düşmüşəm,Dönmüşəm bir muyə, çox halı pərişan ağlaram.
Gəl kim, ey lalə zənəxdanın, kəbab etdi məni,Od düşübdür cismimə, hərdəm yanar can, ağlaram.
Yadıma hər bir düşəndə ol siyah kirpiklərin,Sanasan ki, sancılar bağrıma peykan, ağlaram.
Məqtə — şairin təxəllüsü olan son beyt. Yaxşı həmdəm olmasa şad olmaq olmaz, Vaqifa,Ağlaram ta ömrüm olduqca firavan, ağlaram.
Kitabxana.az · https://kitabxana.az/works/vaqif-ey-guli-xendan-feraqindan-senin-qan-aglaram
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey huri liqalım, mələk simalım,Gözəllikdə olmaz kimsə sən kimi!
EvindəDuruban eşqilə güzar eylədim,Bir pərinin oldum mehman evində.
EyləyəmHarda gördüm bir şux, kaman qaşlını,İstərəm canımı qurban eyləyəm.
Təzkireyi-NəvvabEy Vidadi, yenə xan qulluğunda,Qaim olub, nə qiyamət eylərsən?
Başqa şairlərin şeirləri · Eşq
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
Ey dil, vəfası yoxdu dilara gözəllərinEy dil, vəfası yoxdu dilara gözəllərin,Cövrü cəfası çoxdu bu rəna gözəllərin.
Əgər könül yerinə canı istəsə cananQəsəm onun canına, etmərəm müzayiqə can!
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.