Ey huri liqalım, mələk simalım,Gözəllikdə olmaz kimsə sən kimi!Al yanağın həlqə-həlqə yanındaBənəfşə zülflərin – yasəmən kimi.

Gərdənində tellər nə gözəl teldi,Onların məskəni o nazik beldi,Nə səngi-mərmərdi, nə bərgi-güldi,Bu ağ əndam kimi, bu bədən kimi.

Qamətin tək heç bir qamət biçilməzDodaqların tər qönçədən seçilməz,Bülbül cəh-cəh vurub güllər açılmaz,Belə şirin-şirin sən gülən kimi.

Nə xoş sitəmkarsan zalimü xunxar,Onun üçün səndən çox gileyim var,Bilmənəm ki, sənə nə demiş əğyar,Xəyalındır məndən genə gen kimi.

Vaqifi möhnətü fərağa salma,Əğyarın sözünü qulağa salma,Məni öz dərindən qırağa salma,Heç aşiq tapılmaz sənə mən kimi

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri