Cəmalın gözümdən nihan olalı,İstərəm baxmayım dünyayə, Pəri!Xəyal eylədikcə o sərv qəddin,Dönər qanlı yaşım dəryayə, Pəri!

Olsalar yüz mələk, yüz huri qılman,Yüz mina gərdənli, zülfü pərişan,Yüz lalə yanaqlı, ləbləri mərcan,Könül dönməz səndən kimsəyə, Pəri!

Sən gedəli, mən ziyadə ağlaram,Vermişəm ömrümü bada, ağlaram,Hər düşəndə qəddin yada, ağlaram,Ünüm çıxar ərşi-əlayə, Pəri!

Səndən ayrı bağrım kababa dönmüş,Yıxılmış dil şəhri xəraba dönmüş,Firqətin damu tək əzaba dönmüş,Didarın cənnətül-məvayə, Pəri!

Bir görəydim sənin gül cəmalını,Cadu gözlərini, yay hilalını,Müənbər saçını, hindu xalını,Yetərdi hər dərdim dəvayə, Pəri!

Peyvəstə qurulsun qaşın kamanı,Oxların sinəmdən keçsin nihanı,Gül bədənin heç görməsin yamanı,Lütf eylə Vaqifi-şeydayə, Pəri!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar