Bahənə tutuban, bizdən gen gəzmə,Sirr sözün yadlara deyən deyiləm,Könül rəva görməz səni yad görə,Səni özgəsinə qıyan deyiləm.

Arzum budur gözüm tikəm gözünə,Danışasan qulaq asam sözünə,Ta ölüncə baxım günəş üzünə,Arzum canda qalıb doyan deyiləm.

Vaqif deyir, doymaz sevən sevəndənTa ölüncə əl götürmənəm səndən,Əbəs-əbəs neçün qaçırsan məndən,Mən ki, zalım, adam yeyən deyiləm?!.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq