Şirin-şirin
Talib oldum bir bağbanın bağına,Bağban bəsləyibdir bar şirin-şirin,İstəsən ki, mətləbinə çatasan,Qul ol, qulluğunda dur şirin-şirin.
Kamil bağban çəkər bağın cəfasın,Gülün iylər, sürər zövq-ü səfasın,Bir gözəlin başdan görsən vəfasın,İstəsə, canını ver şirin-şirin.
Canım qurban ala gözüm məstinə,Nə durubsan şirin canım qəsdinə,Üzüm qoyum o gül üzün üstünə,Qarışsın bir birə tər şirin-şirin.
Hərcayı sözləri Hüseyn eşitməz,Haqdan bəla gəlsə, dosta tuş etməz,Girsən yar qoynuna yəğin üşütməz,Yağsa zimistanda qar şirin-şirin.
Kitabxana.az · https://kitabxana.az/works/asiq-huseyn-bozalqanli-sirin-sirin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Eşq
Saqiya, bir şur ilən gəl, şurləndir məclisi,Bu xumarı rəf edib məxmurləndir məclisi.
Apardı Saranı sellər...Apardı Saranı sellər, bu ellər Sarasız qaldı,Alışdı Xançobani dərdü qəmdən çarəsiz qaldı.
GörünərAy silkinib gedən yaşılbaş sona,Səndə tər cığalar, tellər görünər.
İsmi pünhan, neçin belə sınıqsanİsmi pünhan, neçin belə sınıqsan?Zülflərin görürəm şanadan qalmış.