Cumdum genə qəvvas tək dəryayə, mən, dəryayə mən
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir.
Cumdum genə qəwas tək dəryayə, mən, dəryayə mən,Qı dım nəzər bir lölöyi-laləye mən, laləyə mən.Sən sanma men bu bəhrde her inci, mirvari gezəm,oz dıkmişəm bir gövhəri-valayə mən, valaye mən.Getdim biyaban gəştinə, urdum təcəlla dəştine,Etdım tamaşa Turdə Musayə mən, Musaye mən.Çıxdım bu ərşin üstünə, baxdım bülendü pestinə,Pəs onda nagəh uğradım İsayə mən, İsaye men?Saldım tamami-aləmi gözdən, unutdum Adəmi,Verdim könül bir vahidi-yektaye mən, yektayə mən.Gəzdim səmavatı tamam, hər mənzilə etdim xuram,Qıldım güzər həm cənnəti-elayə mən, əlayə mən.Etdim tamaşa güllərin, həm xoşnəva bülbüllərin,Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən.Getdi sərimdən əqlü huş, bir guşədə oldum xəmuşDüşdüm əcayib mənzili-ixfayə mən, ixfayə mən.Nə yatmış idim, nə oyaq, nə atlı idim, nə yayaq,Bir vaxtı gördüm gelmişəm dünyayə mən, dünyayə mən.Leyli deyib çəkdim aman, qan-yaş töküb etdim fəğan,Düşdüm yenə Məcnun kimi səhrayə mən, səhrayə mən.Fani olubdur bu bədən, dur tap, Nebati, bir kefən,Bu canı qurban eylədim Leylayə mən, Leylayə mən.
Kitabxana.az · https://kitabxana.az/works/ebulqasim-nebati-cumdum-gene-qevvas-tek-deryaye-men-deryaye-men
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri · Təbiət və bahar
Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.
Yaz dumanıBu duman yaz dumanıdırOyanır yatmış torpaqlar.
Xoş olsun ol könül, eşqə məkandırXoş olsun ol könül, eşqə məkandır,Var olsun ol fikir, eşqə həyandır.
Mürəbbə: Gənə yada düşdü sərxoş nigarımGənə yada düşdü sərxoş nigarım,Başımdan əql-ü huş oldu fərari.