Ay nədir, nədir
Başına döndüyüm, bu necə haldır,Dinməmiş deyirsən: ay nədir, nədir?Başım çıxmaz mənim sənin dilindən,Buyurginən görüm ay nədir, nədir?
Qurban olum üzündəki həyayə,Qəmzə oxun mindirginən hey yayə,Nə baxırsan maral kimi hey ayə?Cəmalın yanında ay nədir, nədir?
Gözüm qan kasası, ürəyim şişə,Məni kabab kimi çəkmisən şişə,Rəqibi görüm ki, dam kimi şişə!İllər-illər çəkə, ay nədir, nədir.
Nə baxırsan o sultanə, bu xanə?Çox adamlar gəldi getdi bu xanə.Genə bu gün işıqlanıb bu xanə,Bilmirəm görünən ay nədir, nədir?
Həmd olsun Allaha, getdi a çillə!Nəbati, az qaldı güllər açilə,Bu müşgülüm, yarəb, kimdən açilə?Yar dəstində tutan iynədir nədir?
Kitabxana.az · https://kitabxana.az/works/ebulqasim-nebati-ay-nedir-nedir
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Olu yarəb ki, düşə daməni-canan əlimə,Düşsə, billah ki, düşər çətri-Süleyman əlimə.
Billəm ki, edər axir ol nərgisi-məstanəBilləm ki, edər axir ol nərgisi-məstanəBu aşiqi şeydanı Məcnun kimi divanə.
Gülğülə saldım genə nöhfələki-əxzərəGülğülə saldım genə nöhfələki-əxzərə,Etdi mədəd taleim, yetdi əlim sağərə.
Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayəƏgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.
Başqa şairlərin şeirləri
Müshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
BilməyəOl deyil şair ki, şeirin ehtiramın bilməyə,Dəvayi-şeir eyləyə, amma məqamın bilməyə.
Yeddi gözəl, fəsil 24Əyləndi, başladı keyfə asudə,Ayağında düşmən, əlində badə.
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,