Əgər qoysan baxam mən bir nəzər ol çeşmi-şəhlayə,Gözüm çıxsın əgər mən bir də baxsam cami-minayə.

Bir özgə hacətim yoxdur, vəli mütaqi-didarəm,Nolur bax bir nəzər bu aşiqi-Məcnuni-şeydayə.

Şəbi-yəlda deyib, həsrət çəkib, qan-yaş tökən zahid,De, eşşək, kor deyilsən, baxsan ol zülfi-çəlipayə!

Əgər arifsən, anlarsan, nə lazım kəşfi-hal etmək,Məni bir gözləri cadu salıb bu şurü qovğayə.

Sizə məndən əmanət, ey cavanlar, mən ki ta getdim,Vəlakin siz heyifsiz, düşməyin bu qanlı sövdayə.

Məqtə — şairin təxəllüsü olan son beyt. Nəbati, çox cəfa çəkdin, muradın olmadı hasil,Yeri, pirindən al hümmət, yapış damani-mövlayə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq