Bağ içrə gəlib yarımı əğyar ilə gördüm,Qan oldu könül kim, o gülü xar ilə gördüm.

Eşq içrə mənə rövnəqi-bazar pozuldu,Ol Yusifi bir qeyr xəridar ilə gördüm.

Viranə könül bir dəxi abad ola bilməz,Kim, gənci-nihanımı bu gün mar ilə gördüm.

Peykanlarına eylədi könlümü nişanə,Əltafını, əlhəq, bu dili-zar ilə gördüm.

Ol mahə qərin olmuş idi guşənişinlər,Sabitləri ol kövkəbi-səyyar ilə gördüm.

Ey kaş olaydı bu təmaşadə gözüm kur,Biganələri gülşən ara yar ilə gördüm.

Məqtə — şairin təxəllüsü olan son beyt. Qönçə kimi könlüm dönəcək qanə ki, Seyyid,Ol novgülü bir özgə xəridar ilə gördüm.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq