Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Qaşuva eylərəm nəzər, fikri-hilalə düşmüşəm,Eydi-vüsalın istərəm, meyli-cəmalə düşmüşəm.
Kövkəbi-bəxtimin kəsib rahını nəhs yulduzu,Ey məhi-bədr, qıl nəzər, gör nə vəbalə düşmüşəm.
Gəlmədi aftabımız, keçdi nahar nisfdən,Gör ki mən, ey fələk, bu gün bir nə zəvalə düşmüşəm.
Dün demişəm dəhanüvi nöqtə, vəleyk, yox yerəNüktəşünaslər ara qilü məqalə düşmüşəm.
Dün olub özgə nəhv ilə ömr zəmani-mazidə,Halıma indi hali ol, bil ki, nə halə düşmüşəm.
Aşiq olub dəhanüvə həlqeyi-”mim”ə dönmüşəm,Zülfüvə iştiyaq ilə surəti-”dal”ə düşmüşəm.
Sirri-dəhani-yarı mən istəyirəm, şüur yox,Sandım ədəm vücud olur, fikri-məhalə düşmüşəm.
Can verib almaq istərəm busə dəhani-yardən,Bu yoxü vardən keçib, gör nə xəyalə düşmüşəm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Mülki-cahanda, Seyyida, xatəmi-aşiqan mənəm,Nöqteyi-əvvələm, vəli, növbədə dalə düşmüşəm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-qasuva-eylerem-nezer-fikri-hilale-dusmusem
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Meyxanə tərəf amandı, var, ey saqi,Gör xümdə əgər şərab var, ey saqi!
Getdim, aradım Kəbeyi-ülyadə səniGetdim, aradım Kəbeyi-ülyadə səni,Zahid dedi: görmək olur üqbadə səni.
Bu Gəncədə bir gənci-nihanım qaldıBu Gəncədə bir gənci-nihanım qaldı,Bir simbədən, qönçədəhanım qaldı.
Var Ərdəbilin xeyli gözəl torpağıVar Ərdəbilin xeyli gözəl torpağı,Tər yoncası, göy səbzəsi, xürrəm bağı.
Başqa şairlərin şeirləri · Eşq
Ta müənbər kakilin xurşidə salmışdır kəməndBağlamışdır boynumu zənciri-zülfün bənd-bənd
TəcnisMüshəf cəmalından yay qaşlarındanOxudum bir kəlmə ayə, mən dilbər,
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
Məkr və məhəbbət qalasıO, dağın alnındakıməkrin