Bir Leyli sevib eşqdə sövdalərə düşdüm.
Qəzəl nədir?
Qəzəl: eyni qafiyəli beytlərdən (iki misralıq bəndlərdən) qurulan lirik şeir. Son beyt məqtədir: şair orada öz təxəllüsünü çəkir.
Bir Leyli sevib eşqdə sövdalərə düşdüm.Məcnunə dönüb daməni-səhralərə düşdüm.
Sövdayi-səri-zülfdə sərmayəmi verdim,Sud eyləmədim, gör necə sövdalərə düşdüm.
Bir tifli-səğir aldı mənim əqlimi əldən,Ey pir könül, gör qəmi-kübralərə düşdüm.
Hər canibə bax, bir büti-hərcayi görərsən,Hər yerdə əcəb töhməti-bicalərə düşdüm.
Sənani olub, bir büti-tərsa tələbindəHərdəm həvəsi-deyrü kəlisalərə düşdüm.
Şayəd gətirəm damənə ol dürri-yətimi,Qəvvasə dönüb eşqlə dəryalərə düşdüm.
Ta ki, bir əlin öpmək üçün piri-müğanınSaqinin əyağından öpüb palərə düşdüm.
Əksi-rüxüvü sağəri-səbhadə görən dəm,Bitab oluban özgə təmənnalərə düşdüm.
Məqtə — şairin təxəllüsü olan son beyt. Bildi məni nadan, elədi pənd xəlayiq,Səd şükr ki, Seyyid, dili-danalərə düşdüm.
Kitabxana.az · https://kitabxana.az/works/seyid-ezim-bir-leyli-sevib-esqde-sovdalere-dusdum
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Hər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.
Sövdalərə düşdüm, dedim: allah kərimdirSövdalərə düşdüm, dedim: allah kərimdir,Gər yandım, alışdım, dedim: allah kərimdir.
Üzün hədisini dün söylədim bir ayə qədərÜzün hədisini dün söylədim bir ayə qədər,Görək ki, şərhini vaiz bilir bir ayə qədər?
Ey mələksima, cəmalın rəşki-cənnət bağıdırEy mələksima, cəmalın rəşki-cənnət bağıdır,Qamətin Tuba, ləbin guya ki, gül yaprağıdır.
Başqa şairlərin şeirləri · Eşq
Belə əhd eyləmişəm, ey bacı, cananım ilən,Ərseyi-Kərbübəladə boyanım qanım ilən.
Bənzəyir cənnətə yazi-növbaharBənzəyir cənnətə yazi-növbaharXassə ba ruyi xoşi gülizar.
Cığalı müxəmməs: Ey simbədən, mehri-dərəxşəndə ZüleyxaEy simbədən, mehri-dərəxşəndə Züleyxa,Ey kani-məlahət, ləbi pürxəndə Züleyxa,
SüzdürürMəgər yüzə çin salmışdır sərvi-nazXumar gözün nə süzdürür süzdürür