Hər aşiqin ki, sən kimi bir gülyanağı var,Lalə kimi, əyandı ki, köksündə dağı var.

Könlümü tazə dağlərin rövşən eyləmiş,Şami-qəmində, şükr, onun şəbçirağı var.

Sünbül özünü zülfüvə oxşatdı bir gecə,Gördü xətadır, indi pərişan dəmağı var.

Ta qoymaya dodağını dilbər dodağıma,Mən bavər etmənəm ki, o mahın dodağı var.

Ta xari-möhnətin dili-pürxunə sancılıb,Ey gülüzar, lalə gülün gül fərağı var.

Məqtə — şairin təxəllüsü olan son beyt. Seyyid yetirdi axır özün xüm ayağına,Başında şuri-nəşəsi, əldə əyağı var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Eşq